Bağdadda terror: 60 ölü, 100 yaralı

8 İyun 2014 00:40 (UTC+04:00)

İraqda ardıcıl terror aktları nəticəsində ölənlərin sayı 60-a çatıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, yaralananların sayı isə 100 nəfərə yaxındır.

Bundan əvvəl 35 nəfərin öldüyü bildirilirdi.

"Skay nyus-Ərəbiyyə" telekanalının xəbərinə görə, bu gün paytaxtın ayrı-ayrı məhəllələrində altı minalanmış avtomobil partladılıb.

Ən böyük partlayış Bağdadın cənubundakı El-Baya rayonunda baş verib. Orada terror aktı nəticəsində 23 nəfər ölüb.

Terror aktlarından sonra Bağdadda təhlkəsizlik tədbirləri gücləndirilib.

Nihad