Anar İsgəndərov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

11 Yanvar 2016 18:19 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Anar İsgəndərovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə Anar Camal oğlu İsgəndərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.