Xaçmaz sakini bədbəxt hadisə nəticəsində öldü

12 Yanvar 2016 13:08 (UTC+04:00)

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.

Kənd sakini Rasim Hümmətov anbarda un kisələrini boşaldarkən ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov