Gəlin qayınanasını xəstəxanalıq etdi – VİDEO

13 Yanvar 2016 13:11 (UTC+04:00)

Hindistan polisi 70 yaşlı qayınanasını döyən gəlini həbs edib.

Teleqraf.com xarici mətbuata istiandən xəbər verir ki, hadisə Uttar Pradeş bölgəsində baş verib.

Polisin məlumatına görə, ailə içində gəlin və qayınana arasında bir neçə dəfə dava olub. Ər Sandeep Jain baş verənləri evdə quraşdırdığı gizli kameraya çəkib. Görüntülərə əsaslanan polis Sangeeta Jain adlı gəlini həbs edib.

Xəstəxanada jurnalistlərə açıqlama verən 70 yaşlı Rac Rani "Gəlinim məni yumruqla vurdu və boğmağa çalışdı. Sonra daş tapdı və mənə daşla döydü" deyib.

Teleqraf.com olayın görüntülərini təqdim edir:

Ramal