İstanbul terrorunda şübhəli bilinən 3 rus saxlanıldı

13 Yanvar 2016 13:39 (UTC+04:00)

Türkiyə polisi anti-terror əməliyyatı zamanı Antalyada Rusiya vətəndaşı olan 3 nəfəri saxlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, əməliyyat dünən baş verən İstanbul terrorundan sonra başlanıb.

Ümumilikdə əməliyyat zamanı İŞİD terrorçuları ilə əlaqədə olan 59 nəfər saxlanılıb.

Qeyd edək ki, dünən İstanbulun Sultanahmet meydanında baş verən hadisə zamanı 10 nəfər həyatını itirib, 15-i yaralanıb. Hadisənin 1988-ci il təvəllüdlü Suriya vətəndaşının törədildiyi bildirilib.

Samir