Aptek işçisini qarət etdilər - Bakıda

13 Yanvar 2016 14:55 (UTC+04:00)

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 11-də, saat 23.30 radələrində Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakin Murad Hüseynovun əlindən 110 manatını alaraq qaçıb.

Həmin şəxs daha sonra yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib. Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.

Hacı Zeynalov