Tarixi mağaranı möhtəşəm evə çevirdi – FOTOLAR

13 Yanvar 2016 20:55 (UTC+04:00)

Avstraliyalı biznesmen Angelo Mastropierto tarixi mağaranı evə çevirməsi ilə diqqət çəkib.

Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, 250 milyon illik mağaranı evə çevirən Angelo ora isitmə sistemi, isti su və internet belə çəkdirib.

O, Vorkesterçirdəki mağaranı evə çevirmək üçün təxminən 1000 saat vaxt sərf edib.

Angelo Mastropierto ümumilikdə 363 min manat pul xərcləyib.

Teleqraf.com fotoları təqdim edir:

Ramal