Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

14 Yanvar 2016 15:07 (UTC+04:00)

Gənclər və idman naziri Azad Rəhimov yanvarın 18-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Quba rayonu Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlayacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 14-dən 18-dək saat 09:00-18:00 arası aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar: Quba - 050-200-27-37, 070-202-27-37; Qusar - 055-435-76-16, 070-317-24-13; Siyəzən - 050-569-43-76; Şabran - 050-351-79-05, 055-612-26-62; Xaçmaz - 050-270-80-60