Sabaha olan hava proqnozu

15 Yanvar 2016 14:10 (UTC+04:00)

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, arabir tutulacağı, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.


Havanın temperaturu Abşeronda gecə 3-5 dərəcə, gündüz 7-11 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarda yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 1-6 dərəcə, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 2-7dərəcə isti olacaq.


Yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 17-18-də arabir güclənən giləvar küləyi bəzi insanlarda narahatlıq doğura bilər.