Məşhur aktyor qonşusunu baltaladı - sevdiyi qıza görə

16 Yanvar 2016 11:30 (UTC+04:00)

Amerikalı aktyor Rikardo Medini qonşunun ölümündə şübhəli bilinərək, saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən “Power Rangers” teleserialındakı rolu ilə tanınan Medinin günahı sübuta yetirilərsə, onu 26 il həbs və 1 milyon dollar pul cəzası gözləyir.

İlkin məlumatlara görə, hadisə ötən il dekabrın 31-də baş verib. Qonşusu barlardan birində əylənən Medini ilə sevgilisinə sataşıb və mübahisə başlayıb. Davaya çevrilən hadisə zamanı qarşısındakına gücü çatmayan aktyor barın mətbəxində əlinə keçən balta ilə qonşusuna çoxsaylı zərbələr endirib.

Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Elvin