Əsrin xəstəliyi ilə mübarizə aparmağın yolları

16 Yanvar 2016 18:49 (UTC+04:00)

Həkimlər stresi əsrin xəstəliyi adlandırırlar. Stresə məruz qalanlar, əsasən əsəbilik, yorğunluq və halsızlıqdan şikayət etsə də, problem bununla bitmir. Çünki stress bir çox təhlükləli xəstəliyin əsas səbəbi hesab edilir.


Publika.az stresin səbəb olduğu xəstəlikləri və ondan qorunmağın yollarını təqdim edir:

Mütəxəssislərin sözlərinə görə, stress aşağıdakı xəstəliklərə səbəb olur:

Ürək xəstəlikləri
Sonsuzluq
Eqzema
Beynin yaşlanması
Yuxarı tənəffüs yollarının xəstəlikləri
Astma
Şəkər xəstəliyi
Psixoloji xəstəliklər
Miqren

Araşdırmalar göstərib ki, stresin təsirindən tamamilə, qorunmaq mümkün deyil. Çünki gündəlik həyatda qarşılaşdığımız ən kiçik nüanslar belə, stresə səbəb olur. Ona görə də, ən yaxşı çarə stresə məruz qaldığınızı hiss etdiyiniz an aşağıdakı məsləhətlərə əməl etməkdir:

*Dərindən nəfəs alın
*Əzələlərin boşalması üçün yüngül idman hərəkətləri edin
*Təbiətə sığının, rahatlaşın.
*Düşüncə tərzinizi dəyişməyə çalışın, optimist olun.
*İdmanla məşğul olun.
*Stresi azaldan qidalar yeyin. Bu baxımdan ən təsirli qidalar zülalla zəngin olanlardır. Qırmızı ət, balıq, yumurta, toyuq, süd məhsulları, makaron, bütöv dənli buğdadan hazırlanmış məhsullar sizə kömək edə bilər.

Yağlı balıq, fıstıq, göyərtilər, bitki çayları, yulaf və kartof da stressə qarşı təsirlidir.