Polisi öldürən azərbaycanlıya ömürlük həbs

16 Yanvar 2016 22:56 (UTC+04:00)

Moskva məhkəməsi 49 yaşlı Azərbaycan vətəndaşı Xəlil Sarıyevin cinayət işi ilə bağlı qərarını açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, polisi öldürməkdə şübhəli bilinən Sarıyev cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ömürlük azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, 4 milyon rubl (80 min AZN) cərimə olunub.

Məlumatlara görə, 2014-cü il aprelin 6-da X.Sarıyev Moskvada adam öldürməkdə şübhəli bilinərək, axtarışa verilən qohumu Hüseyn Xəlilovun evin gəlib.

Polis H.Xəlilovun yerini müəyyən etdikdən sonra onun saxlanılması üçün əməliyyat həyata keçirib. Əməliyyat zamanı H.Xəlilov qapını açmaqdan imtina edib və mənzilin qapısı sındırılıb.

Bu vaxt mətbəxdə olan X.Sarıyev qohumunu qorumaq üçün evdə gizlədilmiş silahdan polis kapitanı Sergey Jadobkinə atəş açıb. Yaralı polis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Samir