İki gün əvvəl ərini itirən Selin Dionun qardaşı vəfat edib

17 Yanvar 2016 08:55 (UTC+04:00)

Yanvarın 14-də həyat yoldaşı Rene Ancelilini itirən dünya şöhrətli kanadalı müğənni Selin Dion daha bir ağır itki ilə üzləşib.

APA-nın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müğənninin 59 yaşlı qardaşı Daniel Dion yanvarın 16-da səhər saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 14-də Selin Dionun həyat yoldaşı 73 yaşlı Rene Ancelil Las Veqasdakı evində vəfat edib. O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Qeyd edək ki, cütlük 1994-cü ildə ailə həyatı qurublar və üç uşaqları var.