“Fənərbaxça”da ciddi itkilər

17 Yanvar 2016 20:12 (UTC+04:00)

Türkiyənin “Fənərbaxça” klubu ciddi itkilərlə üzləşib.

İstanbul klubunun aparıcı futbolçuları Dieqo Ribas və Hasan Ali Kaldırım superliqanın 18-ci turunda sabah “Eskişehirspor”la keçiriləcək oyunu buraxacaq.

Dieqo Ribasın zədəsi hələ də sağalmayıb. Hasan Əli Kaldırım isə qripə yoluxub.

Digər zədəlilər - Raul Meyreleş, Abdulaye Ba, Ərtuoğrul Taşkıran və cəzalı durumda olan Bruno Alveş də sabahkı oyunda “Fənər”ə kömək edə bilməyəcək.(qol.az)