Qohumunu bıçaqlayana hökm oxundu - 8 il

18 Yanvar 2016 13:07 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qədlə sağlamlığa ağır zərər vurmada təqsirli bilinən Qasım Əsədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Qasım Əsədov qohumu Əli Şıxəliyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Qasim Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Qasım Əsədov içkili vəziyyətdə qohumuna bıçaq zərbəsi endirib. Əli Şıxəliyev məhkəməyə ifadə verərkən şikayətçi olmadığını bildirib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Qasım Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov