Transparan geyimləri ilə təəccübləndirdilər - FOTOLAR

18 Yanvar 2016 14:28 (UTC+04:00)

Modelyer Tuvana Büyükçınar "Bir yay gecəsi yuxusu" ("A Midsummer Night’s Dream") adlı dəfilə keçirib.

Podiuma türk və xarici modellər çıxıb. Çağla Şikel və Didem Soydan dəfilənin əsas modelləri kimi gecəyə damğa vurublar.

Səhnədə transparan geyimləri ilə tamaşaçıları heyran edən modellərin sinələrinin açıq olması təəccüblə qarşılanıb. Gecədə Demet Sabancı, Aslı Ekşioğlu, Sinem Kobal, Ebru Akel, Birce Akalay, Helin Avşar, Burcu Esmersoy, Şeyma Subaşı, Gonca Vuslateri və həyat yoldaşı, Ayşe Kucuroğlu, Burcu Kara, Ayşe Özyılmazel və digər ulduzlar iştirak ediblər./axşam.az