İstirahət mərkəzində törədilən qətllə bağlı açıqlama - RƏSMİ

18 Yanvar 2016 15:24 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Qubada istirahət mərkəzində törədilən qətllə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin məlumata əsasən, yanvarın 13-nə keçən gecə Könül Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Polis məkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Hacı Zeynalov