Sabah bəzi ərazilərə qar yağacaq

19 Yanvar 2016 13:59 (UTC+04:00)

Sabah Azərbaycanın bəzi ərazilərində qar yağacaq, Bakıda isə gündüz xəzri küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Yanvarın 20-də Abşeron yarımadasında atmosfer təzyqinin yüksəlməsi, xəzri küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, sonrakı iki gündə meteoroloji amillərin zəif və mülayim tərəddüdü müsbət amildir.

Azərbaycanın rayonlarında yanvarın 20-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.