“Fəhlə işləyirdim” - Faytonçu Nazim

19 Yanvar 2016 15:32 (UTC+04:00)

“Ali məktəbdə oxuyanda pulum az olduğuna görə axşam növbəsinə keçdim və gündüzlər işləməyə başladım”.

Teleqraf.com xəbər verir ki, bunu “İlqarla xeyrə qarşı” verilişində müğənni Faytonçu Nazim deyib: “Bitkiləri Mühafizə Cəmiyyətində fəhlə işləyirdim. Bununla yanaşı toylarda sintezator ifa eləyirdim. Bizi şəhərin müxtəlif yerlərində ağaclara çıxarıb budaqları kəsdirirdilər. Gördüm ki, işə gedəndə toysuz qalıram, toya gedəndə işdən töhmət alıram, işdən çıxdım və müğənniliklə məşğul olmağa başladım”.

Rəqsanə