Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək

20 Yanvar 2016 01:35 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-nə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan musavat.com-a verilən məlumata görə, «Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir.

Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.