Pakistanda universitetə qanlı hücum: 30 ölü, 60 yaralı - VİDEO

20 Yanvar 2016 13:11 (UTC+04:00)

Pakistanın Hayberpaktunhuva əyalətinin Çaharsada şəhərində Baça Han Universitetinin yataqxanasına hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı əyalət məclisinin sözçüsü Şevket Yusufzai açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı 30 tələbə həyatını itirib, 60 nəfər yaralanıb. Hücuma görə məsuliyyə "Taliban" terror qruplaşması öz üzərinə götürüb.

Yusufzai əlavə edib ki, terrorçular əsasən qız tələbələrin qaldığı yataqxanaya atəş açıblar.

Samir