Oğuzda maşın ağaca çırpıldı, sürücü öldü

20 Yanvar 2016 15:04 (UTC+04:00)

Oğuz rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Teleqraf.com DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 19-u saat 18 radələrində Oğuz rayonunun Bucaq kəndində şəhər sakini Vüqar Rəcəbov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə o, hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.