Lavrov: "Rusiya ilə ABŞ-ı birləşdirən..."

20 Yanvar 2016 21:18 (UTC+04:00)

Rusiya ilə ABŞ bir şeydən əmindir ki, heç bir ölkə Liviya, Suriya və İraqın bölünməsini istəmir.

Axar.az RİA-ya istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Con Kerri ilə İsveçrənin Sürix şəhərində baş tutan görüşü haqda danışarkən deyib:

“Biz İraqda və Suriyadakı mövcud vəziyyəti müzakirə etdik. Yaxın Şərqdə və Afrikanın şimalındakı problemlərlə bağlı gəldiyimiz ortaq nəticə budur ki, nə rəsmi Vaşinqton, nə də Moskva bu ərazidəki ölkələrin parçalanmasını istəmir”.