Moldova prezidentinin müşaviri istefa verib

21 Yanvar 2016 13:57 (UTC+04:00)

Moldova prezidenti Nikolae Timoftinin müşaviri Vlad Turcanu istefa verib.

O, istefasının səbəbini belə açıqlayıb: "İctimaiyyətdə antidemokratik və dözülməz olmağım barədə yalan rəy formalaşdırırdılar. Elə buna görə də istefa verdim".

Qeyd edək ki, Moldovada yeni hökumətə Pavel Filipin başçılıq etməsinə qarşı aksiyalar keçirilib./report.az