Cəlilabadda pakistanlını soydular

21 Yanvar 2016 16:15 (UTC+04:00)

Cəlilabad rayonunda əcnəbi vətəndaşa qarşı soyğunçuluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Naməlum şəxs Pakistan vətəndaşı Məhəmməd Sərdari Sultana məxsus içərisində saçqurudan, üzqırxan maşın və masaj edən qurğu olan çatasını ondan alıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov saxlanılıb.

Hacı Zeynalov