Ötən il baş verən silsilə oğurluqların üstü açıldı

21 Yanvar 2016 17:06 (UTC+04:00)

Bakının Qaradağ rayonunda ötən il baş verən bir neçə cinayətin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Fərid İbrahimov tutulub.

Fərid İbrahimovun Svetlana Muxinaya məxsus evdən və Nazim İsgəndərova məxsus mağazadan inşaat materialları, pul, qızıl, bəzək və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Qeyd edək ki, Fərid İbrahimov ötən ilin oktyabrın 28-də Qaradağ rayonunun Səngəçal qəsəbə sakini Kəmalə Babakişiyevaya məxsus mağazadan 10 manat və danışıq kartları oğurlayıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Emin İbrahimovun həyətindən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov