Azərbaycanda rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb

22 Yanvar 2016 08:17 (UTC+04:00)

Azərbaycanda ötən il informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1642,8 milyon manatlıq xidmət göstərib, onların da 72,6 faizi əhali sektoruna aid olub.


Teleqraf.com-un məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair hesabatında əksini tapıb.

Statistik göstəricilərə görə, 2014-cü illə müqayisədə ötən il informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.