Yaponiya İrana qarşı sanksiyaları ləğv etdi

22 Yanvar 2016 09:54 (UTC+04:00)

Yaponiya hökuməti İrana qarşı sanksiyaların ləğvi ilə bağlı qərar qəbul edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Yaponiya xarici işlər naziri Fumio Kisida keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yaponiya İranla dostluq münasibətlərini inkişaf etdirmək niyyətindədir: "Sanksiyaların ləğvindən sonra hər iki ölkə investisiyalarla bağlı mənim İrana səfərim zamanı əldə edilmiş razılaşmanı imzalaya bağlaya bilər. Bu yapon kompaniyaların İran bazarına daxil olmasına imkan verəcək. Bu hər iki ölkənin banklarına geniş imkanlar yaradacaq".

Samir