Prezidentin zarafatı hamını güldürdü - VİDEO

22 Yanvar 2016 13:20 (UTC+04:00)

"Əslində neftin qiyməti bir sıra OPEC üzvü olan ölkələrlə müzakirələrimizin bir hissəsi olub. Biz böyük istehsalçı deyilik. Ancaq düşünürəm ki, OPEC üzvləri və OPEC üzvü olmayan böyük istehsalçılar arasında istehsalın azaldılması istiqamətində daha yaxşı koordinasiya olsa, bəlkə də bir nəticə əldə edərik. Çünki təəssüflər olsun ki, hər OPEC üzvlərinin görüşündən sonra neftin qiyməti aşağı düşür. Bu səbəbdən də yeni mümkün görüşdən ehtiyatlanırıq".

Teleqraf.com xəbər verir ki, bunu prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Yeni enerji tarazlığı” mövzusunda sessiyada çıxış edərkən söyləyib. Dövlət başçısının bu sözlərindən sonra sessiya iştirakçıları xeyli gülüblər.


Prezident daha sonra zarafatla "Bəlkə də bu görüşü keçirməmək daha yaxşıdır" deyərək OPEC-in neftlə bağlı verdiyi son qərarlara diqqəti çəkib.