ABŞ-la İraq arasında 2 milyardlıq razılaşma

22 Yanvar 2016 16:59 (UTC+04:00)

ABŞ Konqresi İraqa 1,95 milyard dollar dəyərində silah satışını təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

Razılaşmaya 33 min F-16 mərmisi, döyüş sursatları və loqistik dəstək daxil edilib.

Qeyd edək ki, bir müddət öncə İraq ABŞ-dan 36 ədəd F-16 qırıcısı alıb.

Samir