Məcburi köçkün həmyerlisini bıçaqladı

9 İyun 2014 14:50 (UTC+04:00)

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Masazır qəsəbəsindəki Zəngilan şəhərciyində qeydə alınıb.

Zəngilan rayon sakini Fərman Ağamuradov münaqişə zəminində həmyerlisi İbrahim Qasımzadəyə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağamuradov tutulub.

Hacı Zeynalov