Bakı - Nyu-York reysi ləğv olundu

23 Yanvar 2016 01:25 (UTC+04:00)

"Azərbaycan Hava Yollarının" (AZAL) Bakı - Nyu-York aviareysi ABŞ-da hava şəraiti ilə əlaqədar ləğv olunub.

Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında bildiriblər. Bildirilib ki, təyyarənin Bakıdan uçuşu yanvarın 23-ü saat 06:00-da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, ABŞ-ın şərq sahillərində güclü qar yağması səbəbindən təxminən 5 min aviareys ləğv olunub.