AZAL ikinci oldu

23 Yanvar 2016 16:07 (UTC+04:00)

AFFA, PFL və CBC Sport televiziya kanalının birgə təşkilatçılığı ilə keçirilən “CBC Sport kuboku”nda bu gün daha bir oyun baş tutub.

Qol.Az-ın məlumatına görə, Topaz Premyer Liqa təmsilçisi AZAL birinci divizion klubu "Neftçala" ilə üz-üzə gəlib.

AZAL bu görüşdən ən azı bir xalla ayrılacağı təqdirdə turniri 2-ci pillədə başa vuracaqdı. Lakin rəqibinə 3:1 hesabı ilə qalib gələn Tərlan Əhmədovun komandası 5 komanda arasında 2-ci olub.

Qeyd edək ki, 4 oyundan 10 xal toplayan "Neftçi" turnirin qalibi adını qazanıb.

23 yanvar

13:00. AZAL - "Neftçala" - 3:1
Qollar: Aleksandr Quruli, 10-pen (1:0), Məhəmməd Bədəlbəyli, 33 (2:0), Murad Səttarlı, 73 (3:0), Aqşin Həşimov, 86 (3:1)

1.

Neftçi

4

3

1

0

7-4

10

2.

AZAL

4

3

0

1

8-4

9

3.

Neftçala

4

0

3

1

5-7

3

4.

Şərurspor

3

0

1

2

6-8

1

5.

MOİK

3

0

1

2

2-5

1