"Qarabağ"ın oyununda 7 qol - VİDEO

24 Yanvar 2016 09:50 (UTC+04:00)

Ağdamın "Qarabağ" klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində Avstriyanın "Admira Vaker" klubu ilə yoxlama görüşü keçirib.

Teleqraf.com Qol.az-a istinadən xəbər verir ki, "Qarabağ" bu qarşılaşmada rəqibinə 3:4 hesabı ilə uduzub.