Sabiq mer prezident olmaq istəyir

24 Yanvar 2016 11:53 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarında Nyu Yorkun sabiq meri Maykl Blumberq müstəqil namizəd olaraq prezidentlik uğrunda mübarizəyə qoşulmağı planlaşdırır.

Blumberq özü hələlik bu barədə bəyanat səsləndirməyib. Lakin Amerika mediyası onun mübarizəyə qoşulacağı ehtimallarını yüksək qiymətləndirir.

Blumberqin mart ayının əvvəlində yekun qərara gələcəyi gözlənilir. Blumberq mübarizəyə qoşulacağı təqdirdə o, təşviqat kampnaiyasına 1 milyard dollar xərcləməli olacaq. Blumberqin köməkçiləri onun təşviqat planını da hazırlayıblar.

73 yaşlı milyarder 2002-2013-cü illərdə Nyu Yorkun meri vəzifəsində çalışıb. Onun Uol Stritlə yaxın əlaqələri var.

Amerikada indiyə qədər heç bir müstəqil namizəd ölkə prezidenti seçilməyib. Maykl Blumberq Amerikada 8-ci ən zəngin insandır. Onun sərvəti 38.6 milyard dollara çatır.

ABŞ-da prezident seçkiləri bu il noyabr ayının 8-də keçiriləcək./anspress