Şəmkir sakini kimyəvi maddədən zəhərləndi

24 Yanvar 2016 22:09 (UTC+04:00)

Şəmkir rayon sakini kimyəvi maddədən zəhərlənib.

Rayonun Düzqışlaq kənd sakini 1976-cı il təvəllüdlü Gülnarə Məmmədova sink fosfid maddəsi ilə kəskin zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Qadının hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.(APA)