Goranboyda ev yandı

24 Yanvar 2016 18:29 (UTC+04:00)

Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 24 kv.m sahədə yanmışdır.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.