Salyan sakini kimyəvi maddədən zəhərlənib

24 Yanvar 2016 22:35 (UTC+04:00)

Salyan sakini kimyəvi maddədən zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Yenikənd kənd sakini, fermada işləyən 40 yaşlı Sevil Pirverdi qızı İsrafilova heyvanlar üçün nəzərdə tutulan dərmanı səhvən içib. Nəticədə zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.