Zöhrə Abdullayeva Günay İbrahimlini tənqid etdi

25 Yanvar 2016 11:05 (UTC+04:00)

Əməkdar artist Zöhrə Abdullayeva müğənni Günay İbrahimlini geyiminə görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, "ATV Maqazin Onlarla" verilişində çimərlik geyimi ilə klip çəkdirməyə qarşı çıxıb: "Çimərlik geyimilə səhnəyə çıxmaq olmaz. Qəşəng qızsan. Qadın nə qədər qapalı olsa, o qədər maraqlı olar. Günay İbrahimli, özün kimi ol. Avropa səhnəsinə baxıb, elə şeylər eləmə. Müğənnilərin klip çəkdirən zaman yataqda uzanmaqları mənə çatmır. Bəlkə mən geridə qalmışam? Ajda Pekkanın da geyimini bəyənmirəm. O yaşda, o paltarla səhnəyə çıxmaq olmaz. Ajda gözəl görünür, amma makiyajsız gözəl deyil”.

Rəqsanə