Yasamalda avtomobillə vurulan şəxs xəstəxanaya aparılarkən öldü

25 Yanvar 2016 15:44 (UTC+04:00)

Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurub.

Ələddin Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov