"Barselona"dan Rakitiçə yeni təklif

25 Yanvar 2016 19:10 (UTC+04:00)

"Barselona" futbolçusu İvan Rakitiçlə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Kataloniya təmsilçisinin rəhbərliyi xorvatiyalı fiutbolçunu daha uzun müddətə komandada saxlamağı planlaşdırır.

27 yaşlı futbolçunun "Barselona" ilə mövcud müqaviləsi 2017-ci ildə başa çatacaq. "Barselona" ilə müqavilə yeniləyəcəyi təqdirdə Rakitiç daha uzun müddət İspaniya klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, cari mövsüm "Barselona"nın heyətində 19 oyun keçirən Rakitiç 2 qol vurub.