Sabunçuda sərxoş kişi yanaraq öldü

26 Yanvar 2016 10:41 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 25, mənzil 11-də qeydə alınıb.

1962-ci il təvəllüdlü Rövşən Əliyev yaşadığı evdə ehtiyatsızlıqdan daş sobasının yanında yanaraq ölüb. Tənha yaşayan Rövşən Əliyev alkoqol xəstəliyindən əziyyət çəkib. Hadisə zamanı o, sərxoş vəziyyətdə olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov