Vəkil İntiqam Əliyevə bəraət istədi

26 Yanvar 2016 14:13 (UTC+04:00)

Bu gün Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məhkəmə qərarından verdi kasasiya şikayətinə baxılır.

Teleqraf.com xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkili Cavad Cavadlı çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses günün ikinci yarısında davam edəcək.

İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İntiqam Əliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə İntiqam Əliyevin şikayəti təmin edilməyib.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Hacı Zeynalov