Xaçmaz sakininin 19 min manatını mənimsədilər

27 Yanvar 2016 16:13 (UTC+04:00)

Bakının Nizami rayonunda dələduzluq faktı baş verib.

Teleqraf.com xəbər verir ki, Xaçmaz rayon sakini, 1962-ci il təvəllüdlü İzafəddin Hüseynov dələduzluqla üzləşməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə ərizə ilə müraciət edib.

İzafəddin Hüseynov bildirib ki, Binnət adlı şəxs onun etibarından sui-istifadə edərək, 19 min manatını alaraq qaytarmayıb. Onun sözlərinə görə, Binnət adlı şəxsə pulu 2010-cu ilin iyul ayında verib. O, qeyd edib ki, bu illər ərzində Binnətdən dəfələrlə pulunu qayatrmasını tələb etsə də, o, pulu qaytarmaqdan yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov