Bakıda özbək qadın döyüldü

27 Yanvar 2016 18:42 (UTC+04:00)

Bakının Binəqədi rayonunda xuliqanlıq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, ev 2 ünvanın qarşısında qeydə alınıb.

Gülsüm adlı və başqa bir naməlum qadın xuliqanlıq zəminində orada yaşayan Özbəkistan vətəndaşı, 1994-ci il təvəllüdlü İmminisə Firuddun qızı İbrahimovanı döyüblər.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov