Avtobusunun şüşəsini sındıran məktəblilər tapıldı

29 Yanvar 2016 13:14 (UTC+04:00)

Avtobusun şüşələrini sındıran şəxslər müəyyən olunub.

Bakı şəhəri Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 23-də saat 18.00 radələrində Nəsimi rayonu ərazisində - Azadlıq prospektində “Baku Bus” MMC-yə məxsus “İveco” markalı avtobusun şüşəsi sındırılıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin paytaxtdakı 132 saylı orta məktəbinin 2 şagirdi olması müəyyən edilib və vurulmuş ziyanın azyaşlıların valideynləri tərəfindən ödətdirilməsi təmin olunub. Həmçinin övladlarına lazımi nəzarət etmədiklərinə görə onların haqqında müvafiq tədbir görülüb.

Hacı Zeynalov