Məleykə Abbaszadə təsdiqlədi: TQDK ləğv oluna bilər

29 Yanvar 2016 16:17 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birləşməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir.

APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.


O, ölkədə struktur islahatlarının aparılmasına diqqət çəkib: "Müəyyən qurumlar birləşə, bəziləri ləğv oluna bilər. Ola bilsin ki, gələcəkdə TQDK da ləğv olunsun, ya da hansısa strukturun tabeliyinə verilsin. Dediyim kimi, bu, yalnız dövlət başçısının səlahiyyətində olan məsələdir”.