Sumqayıt sakinindən odlu silah götürüldü

30 Yanvar 2016 12:52 (UTC+04:00)

Sumqayıt sakinindən odlu silah götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Nizami Mahmudovdan kustar üsulla hazırlanan tapança götürülüb.