Türkiyə vətəndaşı "donuz qripi"ndən öldü

31 Yanvar 2016 20:47 (UTC+04:00)

Türkiyə vətəndaşı Mehmet Açımık "donuz qripi" virusundan Vyetnamda ölüb.

Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, Mehmet Açımık bu virusa Vyetnama iş səfəri ilə bağlı gedərkən yoluxub.

İlin əvvəlindən Türkiyədə "donuz qripi" virusundan 57 nəfər ölüb. Bu barədə Trend ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir.

İndiyədək "donuz qripi" Giresun və Diyarbəkir vilayətlərində aşkar edilib.

Bu dövrdə Türkiyə xəstəxanalarına "donuz qripi" şübhəsi ilə aralarında xarici vətəndaşların da olduğu 3 mindən çox şəxs müraciət edib.

2016-cı ildən 471 Türkiyə vətəndaşında bu virus aşkar edilib.