"Boko Haram" dəhşət törətdi: 86 ölü, 62 yaralı

31 Yanvar 2016 22:17 (UTC+04:00)

"Boko Haram" terrorçularının Nigeriyanın şimal-şərqində dinc sakinlərə hücumu nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Bundan öncə 65 nəfərin öldüyü açıqlanmışdı.

Qeyd edək ki, terrorçular hadisənin baş verdiyi Mayduquri şəhərinə şənbə günü gecə hücum ediblər. Onlar 25 min nəfərin yaşadığı Dalori kəndindəkiiki qaçqın düşərgəsində yaşayanları güllələyiblər.

Hücumdan sonra 86 nəfərin cəsədi aşkarlanıb. Müxtəlif dərəcəli yanıq xəsarəti alan 62 nəfər isə xəstəxanaya yerləşdirilib.

Nihad